Sabah Bakının bu qəsəbələrində qaz olmayacaq » Memur.az

Sabah Bakının bu qəsəbələrində qaz olmayacaq

Sabah Bakının bu qəsəbələrində qaz olmayacaq

“Azəriqaz” məlumat yaydı.

Paytaxtın Sabunçu rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Memur.Az-a verilən məlumata görə, qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi, diametri 219 millimetrlik yeni çəkilmiş qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınaraq istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə dekabrın 29-da saat 9-dan 18-dək Sabunçu rayonunun Bakıxanov, Balaxanı, Bilgəh, Maştağa, Pirşağı və Kürdəxanı qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.