Azərbaycanlı hakim Çempionlar Liqasının oyunlarını idarə edəcək » Memur.az

Azərbaycanlı hakim Çempionlar Liqasının oyunlarını idarə edəcək

Azərbaycanlı hakim Çempionlar Liqasının oyunlarını idarə edəcəkFutzal üzrə FIFA referisi Hikmət Qafarlı beynəlxaq təyinat alıb.

Bununla bağlı AFFA məlumat yayıb.

Hikmət Qafarlı futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsinin C qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.

Avqustun 20-dən 25-dək davam edəcək oyunlar Albaniyanın paytaxtı Tiranada təşkil olunacaq. Bu qrupda “Tirana”, “Haladas” (Macarıstan), “Differdanj” (Lüksemburq) və “Utleira” (Norveç) komandaları mübarizə aparacaq.