AVRO-2020-də 1/4 finalın ikinci günü: Bakı ev sahibi, Ukrayna millisi ingilislərə qarşı » Memur.az

AVRO-2020-də 1/4 finalın ikinci günü: Bakı ev sahibi, Ukrayna millisi ingilislərə qarşı

AVRO-2020-də 1/4 finalın ikinci günü: Bakı ev sahibi, Ukrayna millisi ingilislərə qarşıBu gün AVRO-2020-də 1/4 final mərhələsinin növbəti oyunları keçiriləcək.

Oxu.Az xəbər verir ki, bu gün daha iki qarşılaşma keçiriləcək.

Turun Bakı Olimpiya Stadionunda baş tutacaq oyununda Çexiya millisi ilə Danimarka yığması qarşılaşacaq.

Günün ikinci qarşılaşmasında isə Ukrayna və İngiltərə milliləri güclərini sınayacaq.

3 iyul

1/4 final

20:00 Çexiya - Danimarka

Baş hakim: Byon Kuipers (Niderland)

Bakı. Bakı Olimpiya Stadionu

23:00 Ukrayna - İngiltərə

Baş hakim: Feliks Brix (Almaniya)

Roma. Stadio Olimpiko

Qeyd edək ki, AVRO-2020 iyulun 11-də başa çatacaq.