Şahmatçılar futbol oynadı - ŞƏMKİRDƏ
idman
23-04-2015, 10:52
841
ShamkirChess2015 turnirinin iştirakçıları istirahət günündə futbol turnirində gücünü sınayıb. Lent.az-ın məlumatına görə, ilk yarımfinal görüşündə Azərbaycan jurnalistləri yerli şahmatçılardan ibarət komandanı 5:1 hesabıyla məğlub edib. Finala vəsiqə uğrunda digər görüşdə dünya şahmatçılarından ibarət kollektiv "Shamkir Kapital Group"a 1:7 hesabıyla uduzub.
3-cü yer uğrunda görüşdə dünya şahmatçıları 3:1 hesablı qələbə qazanıb. Bu görüşdə uduzan Azərbaycan şahmatçıları 4-cü yeri tutub. Finalda "Shamkir Kapital Group" Azərbaycan jurnalistlərinə 4:2 hesabla qalib gələrək turnirin əsas mükafatına sahib çıxıb.