Dünyanın ən zəngin futbol klublarının siyahısı açıqlanıb » Memur.az

Dünyanın ən zəngin futbol klublarının siyahısı açıqlanıb

Dünyanın ən zəngin futbol klublarının siyahısı açıqlanıb

Dünyanın ən bahalı futbol klublarının siyahısı açıqlanıb.

APA-nın məlumatına görə, "Forbes" jurnalının tərtib elədiyi siyahının ilk pilləsində İngiltərənin "Mançester Yunayted" klubu qərarlaşıb.

Britaniya klubunun dəyəri 3,689 milyard dollardır, klubun 2015/16-cı il mövsümündə mənfəəti $765 mln. dollar təşkil edib. İkinci yerdə “Barselona” ($3,635 mlrd), üçüncü isə Madridin “Real” klubudur ($3,58 mlrd.). Dördüncü və beşinci yerlərdə “Bavariya” və “Mançester Siti” qərarlaşıb.

Qeyd edək ki, ilk iyirmilikdə 2015/16-ci ilin çempionu “Lester” daxil olmaqla, 8 İngiltərə klubunun adı var.