Milli komandamızın futbolçusu əməliyyat olunacaq » Memur.az

Milli komandamızın futbolçusu əməliyyat olunacaq

Milli komandamızın futbolçusu əməliyyat olunacaq

Azərbaycan milli komandasının və "Qarabağ" klubunun futbolçusu Namiq Ələsgərov tərcüməçi Aydın Rüstəmovla birgə Almaniyanın Münhen şəhərinə yollanıb.

İnterAz-ın qol.az-a istinadən verdiyi məlumata görə, bu barədə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu bildirib.

Onun sözlərinə görə, N.Ələsgərov aprelin 8-də Münhendəki klinikalardan birində dizindən əməliyyat olunacaq. M.Nərimanoğlu gənc yarımmüdafiəçinin durumuna məhz əməliyyatdan sonra aydınlıq gələcəyini bildirib. Oyunçu Bakıya aprelin 12-də qayıdacaq.

Qeyd edək ki, Namiq Ələsgərov Azərbaycan yığmasının martın 28-də Malta ilə keçirdiyi AVRO-2016-nın seçmə qrup matçında zədələnib. Tibbi müayinə nəticəsində 20 yaşlı futbolçunun ön çarpaz bağlarının qırıldığı və 6 ayadək yaşıl meydanlardan uzaq qalacağı məlum olub.