Dünya çempionumuz ABŞ-da finala çıxdı » Memur.az

Dünya çempionumuz ABŞ-da finala çıxdı

Dünya çempionumuz ABŞ-da finala çıxdıKikboksinq üzrə dünya çempionu Bəhram Rəcəbzadə ABŞ-ın Birminqem şəhərində keçirilən Ümumdünya Oyunlarında finala çıxıb.

Oxu.Az-ın xəbərinə görə, +91 kq çəki dərəcəsində mübarizə aparan Bəhram yarımfinala döyüşmədən çıxıb. Belə ki, onun monteneqrolu rəqibi Miroslav Vuyoviç rinqə çıxmayıb.

Rəcəbzadə yarımfinalda ukraynalı Roman Şerbatyuku məğlub edərək finala vəsiqə qazanmışdı.

O, sabah finalda Xorvatiya kikboksçusu Anto Şiriçlə qarşılaşacaq.