Premyer Liqa qayıdır: İlk oyun günündə son çempion hazırkı liderə qarşı » Memur.az

Premyer Liqa qayıdır: İlk oyun günündə son çempion hazırkı liderə qarşı

Premyer Liqa qayıdır: İlk oyun günündə son çempion hazırkı liderə qarşıBu gün Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısı start götürəcək.

Oxu.Az xəbər verir ki, II dövrənin ilk oyun günündə iki matç baş tutacaq.

XV tur paytaxt derbisi ilə başlayacaq. “ASK Arena”da “Keşlə” “Zirə”ni qəbul edəcək. Günə Azərbaycan derbisi ilə yekun vurulacaq. Son çempion “Neftçi” çempionatın lideri “Qarabağ”ı qəbul edəcək. Cari mövsümdə rəqibindən xal ala bilməyən Samir Abbasovun komandası liderlə xal fərqini azaltmaq üçün meydana çıxacaq.

Azərbaycan Premyer Liqası
XV tur
7 fevral

16:00 “Keşlə” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Rəhman İmami, Əliyar Ağayev
“ASK Arena”

19:00 “Neftçi” – “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Müslüm Əliyev, Fərid Hacıyev
“Bakcell Arena”

Qeyd edək ki, turun sabah keçiriləcək matçlarında “Sabah” “Qəbələ”ni, “Səbail” “Sumqayıt”ı qəbul edəcək.