İşdən çıxarılan yol polisiylə bağlı RƏSMİ açıqlama » Memur.az

İşdən çıxarılan yol polisiylə bağlı RƏSMİ açıqlama

İşdən çıxarılan yol polisiylə bağlı RƏSMİ açıqlama

Bu gün Dövlət Yol Polis İdarəsinin əməkdaşı Cavanşir Qasımovun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin baş qərargah rəisi və müdafiə nazirinin müavini Nəcməddin Sadıqovun oğlu ilə yaşadığı insidentə görə işdən çıxarıldığı barədə məlumat yayılıb. Aznews.az saytının yazdığı xəbərdə bildirilir ki, C. Qasımov N. Sadıqovun oğlunu qayda pozuntusuna görə saxlayıb, daha sonra isə sürücü ilə polis əməkdaşı arasında mübahisə yaşanıb. Yol polisi səhər işə gələndə isə tutduğu vəzifədən kənarlaşdırıldığını öyrənib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov Lent.az-a açıqlamasında C.Qasımovun işdən çıxarıldığını təsdiqləyib, lakin səbəbin başqa olduğunu qeyd edib: V.Əsədovun sözlərinə görə, C.Qasımov "son zamanlar iş zamanı buraxdığı kobud nöqsanlara və yaş həddinə görə" tutduğu vəzifədən azad edilib.

V.Əsədov bildirib adıçəkilən yol polisi əməkdaşı haqqında işlədiyi quruma dəfələrlə şikayət ərizələri daxil olub və o, araşdırmalar əsasında, həmçinin, yaş həddinə görə işdən çıxarılaraq təqaüdə göndərilib.

Polkovnik Vaqif Əsədov onu da qeyd edib ki, mətbuatda Nəcməddin Sadıqovun oğlu ilə bağlı gedən yazılar həqiqəti əks elətdirmir. “Jurnalistlər məsələləri bəzəyib, düzəldiblər. Heç nə deyildiyi kimi deyil”.