Şəmkirdə iki minik avtomobili toqquşub » Memur.az

Şəmkirdə iki minik avtomobili toqquşub

Şəmkirdə iki minik avtomobili toqquşubŞəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı biri azyaşlı olmaqla iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.