Hövsan və Bilgəh çimərliklərində iki nəfər xilas edilib » Memur.az

Hövsan və Bilgəh çimərliklərində iki nəfər xilas edilib

Hövsan və Bilgəh çimərliklərində iki nəfər xilas edilib

Ötən gün axşam saatlarında dənizdə boğulmaq təhlükəsi ilə üzləşən iki şəxs xilas edilib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda dənizdə (“Hövsan” sularda xilasetmə məntəqəsindən təxminən 450 metr məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.

Bakı şəhəri, Sabunçu rayonunda dənizdə (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas olunub.