Göygöldə yük maşını yandı » Memur.az

Göygöldə yük maşını yandı

Göygöldə yük maşını yandı

Göygöldə yanğın hadisəsi qeydə alınıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Göygöl şəhərində "Mercedes" markalı həcmi 36 ton olan dizel daşıyan avtosisternin mühərriki yanıb.

Kabinə və avtosisternin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.