Bakıda ağır qəza: ölən var » Memur.az

Bakıda ağır qəza: ölən var

Bakıda ağır qəza: ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aprelin 21-də saat 12 radələrində Xəzər rayonunun Qala qəsəbəsində Bakı şəhər sakini Tural Əliyev idarə etdiyi "Ford" markalı avtomobillə yolu keçən paytaxt sakini Qabil Məmmədovu vurub. Xəstəxanaya yerləşdirilmiş Q.Məmmədov orada ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.