“Gələcək Naminə” Qəbələdə tədbir keçirib » Memur.az

“Gələcək Naminə” Qəbələdə tədbir keçirib

“Gələcək Naminə” Qəbələdə tədbir keçirib

“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra edilən “Ulu Öndər mirasıdır yurdum Azərbaycan!” layihəsi çərçivəsində Qəbələ Regional QHT- lərin Resurs və Təlim Mərkəzində tədbir keçirilib.
Lent.az-ın məlumatına görə, tədbirdə Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin, “Əlillərə Dəstək” Xeyriyyə İctimai Birliyinin sədri və gənclər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Qəbələ Regional QHT -lərin Resurs və Təlim Mərkəzinin icraçı direktoru Anar Məhərrəmov və “Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri İsgəndər Ağakişiyev tədbir iştirakçılarına həyata keçirilən layihə barədə məlumat veriblər. Layihənin eksperti, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının məsləhətçisi Elnur Bağırlı
Layihənin eksperti, sözügedən şuranın məsləhətçisi Elnur Bağırlı Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikamız üçün əhəmiyyətli dəyişikliklər və hadisələrdən, müsbət irəliləyişlərdən danışıb. Ekspert bu siyasi kursun prezident İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd edib, gənclərimizi vətənimizə layiqli, vətənpərvərlik ruhunda tərbiyə olunmağa, Milli Qəhrəmanlar Mübariz İbrahimov və Fərid Əhmədov kimi vətənsevər, qorxmaz, mərd olmağa səsləyib.

Sonda iştirakçıları maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb.