Narkotik satmaqda təqsirləndirilərək azadlıqdan məhrum edilən şəxsə -BƏRAƏT » Memur.az

Narkotik satmaqda təqsirləndirilərək azadlıqdan məhrum edilən şəxsə -BƏRAƏT

Narkotik satmaqda təqsirləndirilərək azadlıqdan məhrum edilən şəxsə -BƏRAƏT

Bakı Apelyasiya Məhkəməsində qanunsuz narkotik saxlamaqda və silah gəzdirməkdə ittiham olunan Araz İsazadənin apelyasiya şikayətinə baxılıb. Lent.az-ın məlumatına görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Hakimlər kollegiyasının
qərarına əsasən, Araz İsazadənin apelyasiya şikayəti təmin edilib və o ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-ci və 228.4-cü maddələrindən bəraət alıb.

Qeyd edək ki, A. İsazadə keçən il Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Bakı Qaradağ rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrliyi ilə keçirilən prosesdə A. İsazadəyə 1 il 6 ay müddətə azadlıqdan məhrum edilməsi cəzası verilib. Vəkillərin və təqsirləndirilən şəxslərin apelyasiya şikayəti verib. Apellyasiya Məhkəməsində verilən cəza 6 ay azaldılıb. Cəza 1 ilə endirilib və təqsirləndirilən şəxs şərti azadlığa buraxılıb. A. İsazadə barəsində bəraət hökmünün çıxarılması ilə bağlı Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.