Kəmaləddin Heydərov BƏƏ səfiri ilə görüşüb » Memur.az

Kəmaləddin Heydərov BƏƏ səfiri ilə görüşüb

Kəmaləddin Heydərov BƏƏ səfiri ilə görüşüb

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Salem Xalifa Mohamed Əl-Ğaflini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

FHN-dən Lent.az-a verilən məlumata görə, nazir Kəmaləddin Heydərov iki dost ölkənin müvafiq qurumlarının fövqəladə halların qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması sahəsində uğurlu əməkdaşlığından məmnunluğunu ifadə edib. Bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş perspektivlərin olduğunu vurğulayıb.

Səfir Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında fövqəladə halların idarə edilməsi sahəsində əlaqələrin daha da genişləndiriləcəyinə əminliyini bildirib.

Nazir Kəmaləddin Heydərov səfir Salem Xalifa Mohamed Əl-Ğafliyə gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.