Soyuq havalar sona çatır » Memur.az

Soyuq havalar sona çatır

Soyuq havalar sona çatır

Sabahdan Azərbaycanın bəzi ərazilərində havanın temperaturu yenidən yüksələrək 17 dərəcəyə çatacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, aprelin 14-də Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir yağiş yağacağı gözlənilir. Hava gün ərzində dəyişkən buyludlu, əsasən, yağmursuz olacaq. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturunun gecə 4-6, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.
Aprelin 13-də Azərbaycanın rayonlarında arabir yağış yağacaq, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz olacaq.
Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 2-7, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, gündüz 6-11 isti olacağı gözlənilıir.