Bakıda qızıl oğrusu tutuldu » Memur.az

Bakıda qızıl oğrusu tutuldu

Bakıda qızıl oğrusu tutuldu

Paytaxt polisi Binə qəsəbəsində qızıl oğurlayan şəxsi saxlayıb.

Axar.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, aprelin 2-də Xəzər rayonunun Binə qəsəbəsində Elnur Rzayevə məxsus mağazadan naməlum şəxs açıq talama yolu ilə qızıl əşyalar aparıb.

Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı sakini İlqar Hacıağa tutulub. Ondan 0,18 qram heroin götürülüb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 1-də həmin qəsəbə sakini Könül Cavadovaya məxsus içərisində 200 manatı və qızıl sırğası olan çantasını oğurlaması da müəyyən edilib.

Polis faktla bağlı araşdırmalara başlayıb.