Rövnəq Abdullayev "Şöhrət" ordeni ilə təltif edildi
hadise
2-04-2015, 18:07
890
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev R.İ. Abdullayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Azpress.Tv AZƏRTAC-a istinadən xəbər verir ki, sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında neft sənayesinin inkişafındakı xidmətlərinə görə Rövnəq İbrahim oğlu Abdullayev “Şöhrət” ordeni ilə təltif edilsin".