Sahibə Qafarova Avropa Parlamentinin qətnaməsini tənqid etdi » Memur.az

Sahibə Qafarova Avropa Parlamentinin qətnaməsini tənqid etdi

Sahibə Qafarova Avropa Parlamentinin qətnaməsini tənqid etdiMilli Məclisin sədri Sahibə Qafarova Avropa Parlamentinin Ermənistanın xeyrinə qəbul etdiyi qətnaməyə münasibət bildirib.

Memur.Az-ın xəbərinə görə, S.Qafarova parlamentin iclasında deyib ki, həmin qətnamə Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir və o kağız parçasından başqa bir şey deyil.

“Bu sənəd Avropa İttifaqının siyasətini əks etdirmir”, - deyə S.Qafarova əlavə edib.

Qeyd edək ki, Avropa Parlamenti Azərbaycanda saxlanılan erməni terrorçuları hərbi əsir kimi qələmə verib.