Tarix : 9-05-2021, 09:54 | Bölmə: dunya

Amerikalı admiral Rusiya-Ukrayna savaşında kimin qalib gələcəyini açıqladıABŞ hərbi dəniz qüvvələrinin ehtiyatda olan admiralı NATO-nun Avropadakı qoşunlarının keçmiş komandanı Ceyms Stavridis Rusiya ilə Ukrayna arasında müharibə başlayacağı halda ABŞ-ın necə reaksiya verəcəyi barədə danışıb.

Bu barədə “Bloomberg” nəşri yazıb.

Admiralın sözlərinə görə, konflikt ilk növbədə Qara dənizdə başlaya bilər, belə ki, Rusiya burada yüksəkdəqiqlikli silahlara malikdir.

“Ukrayna NATO-nun “birinə hücum hər kəsə hücumdur” təhlükəsizlik zəmanətinə uyğun olmayacaq”, - deyə admiral bildirib.

Admiralın fikrincə, bu, o deməkdir ki, Ukrayna ilə Rusiya arasında müharibə olacağı halda ABŞ Kiyevin tərəfində müharibədə iştirak etməyəcək. Müharibə isə Rusiyanın qələbəsi ilə nəticələnəcək.

Oxşar xəbərlər