Amerikada keçiyə şəkil çəkməyi öyrədiblər » Memur.az

Amerikada keçiyə şəkil çəkməyi öyrədiblər

Amerikada keçiyə şəkil çəkməyi öyrədiblər

Zoopark işçisi Bodi adlı keçiyə şəkil çəkməyi öyrədib.

Lent.az-ın “trend”-ə istinadən məlumatına görə, hadisə Amerikanın Nyu-Meksiko ştatında baş verib. Keçinin hər bir "əsərini" təxmini 40 dollara satmaq mümkün olur.

Kristin Rayt 4 yaşlı keçi ilə bir neçə ay məşq edir. Rəngi sedikdən sonra, fırçanı keçinin dişləri arasına qoyur, bundan sonra keçi şəkil çəkməyə başlayır.

"Biz keçilərin yalnız yeyib və çəki yığmalarını istəmirik. Onların beynini düşünməyə məcbur edəndə onlar daha xoşbəxt və və sağlam olurlar", - zoopark işçisi bildirib.