Rusiyada poliqonda partlayış - İki hərbçi öldü
dunya
10-11-2017, 15:47
769
Rusiyanın Zabaykalye diyarında hərbi poliqonda döyüş sursatının partlaması nəticəsində iki hərbçi həlak olub.
Memur.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində daha 5 hərbçinin yaralandığı bildirilib.
Qeyd olunur ki, partlayış hədəf meydançalarının partlamamış mərmilərdən təmizlənməsii zamanı baş verib.
Yaralı hərbçilər xəstəxanaya yerləşdirilib.