İsraildə orduya İrana qarşı mümkün hücum hazırlıqlarını artırmaq tapşırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrailin KAN televiziyası məlumat yayıb.

Telekanalın xəbərində vurğulanır ki, təhlükəsizlik kabinetinin orduya verdiyi bu göstərişlər regionda genişmiqyaslı müharibəyə səbəb ola biləcək fəaliyyətlərin başlanmasına yol aça bilər.

Kabinetin bu qərarı “Yashar” Partiyasının lideri Qadi Ayzenkotun Baş nazir Benyamin Netanyahuya etdiyi xəbərdarlıqdan dərhal sonra ictimaiyyətə bəlli olub. Ayzenkot Netanyahuya müraciət edərək ölkədə yeni hökumət formalaşana qədər lazımsız hərbi əməliyyatlardan və riskli addımlardan çəkinməyə çağırmışdı.

Qeyd edək ki, İsrail Təhlükəsizlik Kabineti 27 oktyabr seçkilərindən əvvəl - sonuncu dəfə oktyabrın 5-də iclas keçirmişdi.