NATO daha bir keçmiş sovet respublikasında qərargah açır » Memur.az

NATO daha bir keçmiş sovet respublikasında qərargah açır

 NATO daha bir keçmiş sovet respublikasında qərargah açır

NATO-nun baş katibi Yens Stoltenberq bu gün Litvaya səfər edəcək.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Şimali Atlantik Alyansın mətbuat katibliyindən bildiriblər.

Y. Stoltenberq Vilnüsdə Litva prezidenti Dalya Qribauskayte, xarici işlər naziri Linas Linkeviçus və müdafiə naziri Yuozas Olekasla görüşəcək.

Səfər çərçivəsinə Y. Stoltenberq həmçinin NATO-nun bu ölkədəki qərargahının açılışında iştirak edəcək.

Xatırladaq ki, bir neçə gün əvvəl - avqustun 26-27-də NATO baş katibi Yens Stoltenberq Gürcüstanda da rəsmi səfərdə olub və NATO-Gürcüstan birgə təlim və qiymətləndirmə mərkəzinin açılışında iştirak edib.