İŞİD YUNESKO-nun şəhərini minaladı » Memur.az

İŞİD YUNESKO-nun şəhərini minaladı

İŞİD YUNESKO-nun şəhərini minaladı

İŞİD mayda ələ keçirdiyi antik Palmira şəhərinə “birbaşa” zərər verməməyə cəmi 3 ay dözə bildi

Şəhərətrafı türbələri dağıdıb “Əl Lat” aslanını yerlə yeksan edən İŞİD indiyə qədər dəyməsə də, artıq dünəndən şəhərin əhəmiyyətli tarixi abidələrinə zərər verməyə başlayıb.

Suriya Muzeylər və Tarixi Abidələr üzrə idarəsinin müdiri Məmun Əbdülkərim açıqlama verərək keçən həftə şəhərdə araşdırma aparan arxeoloq qrupunun başçısını öldürən terror təşkilatının dünən də Baalşamin məbədini havaya uçurduğunu bildirib.

Verilən xəbərlərdə İŞİD-in YUNESKO-nun mədəniyyət mirası siyahısında yer alan Palmira şəhərini minaladığı bildirilir. (axar.az)