Kamal Kılıçdaroğlu: "Ərdoğanın bu bəyanatı dövlət çevrilişi deməkdir" » Memur.az

Kamal Kılıçdaroğlu: "Ərdoğanın bu bəyanatı dövlət çevrilişi deməkdir"

Kamal Kılıçdaroğlu: "Ərdoğanın bu bəyanatı dövlət çevrilişi deməkdir"

"Ərdoğanın bəyanatı dövlət çevrilişi deməkdir. Bu, Kənan Evrənin xuntasının oxşarıdır. Artıq qanun, Konstitusiya saymır. Çox təhlükəli bir prosesdir".

Axar.az-ın xəbərinə görə, bu sözləri CHP lideri Kamal Kılıçdaroğlu Prezident Tayyib Ərdoğanın “İstər qəbul edin, istərsə də yox, Türkiyədə siyasi sistem dəyişdi” sözləri ilə prezident idarəçiliyinə eyham vurmasına cavabında bildirib.

Kılıçdaroğlu hesab edir ki, Ərdoğan dövlət çevrilişini legitimləşdirmək arzusundadır: “Bu siyasətin taktikası belədir; əvvəlcə çevriliş edirsən, sonra onu rəsmiləşdirirsən. Bir adamın iradəsi milli iradə kimi qiymətləndirilə bilməz. Ərdoğan öz iradəsini milli iradə kimi təqdim edir. Biz 1946-cı ildən ölkənin demokratikləşməsi uğrunda mübarizə aparırıq. Ərdoğan isə “siyasi sistem dəyişdi” söyləyir. Ümid edirəm ki, demokratiya üçün təhlükəli olan bu prosesi geridə qoyacağıq”.