7 ermənini öldürən Permyakovdan yeni xəbər » Memur.az

7 ermənini öldürən Permyakovdan yeni xəbər

7 ermənini öldürən Permyakovdan yeni xəbər

Fərarilik və silah oğurlamaqda ittiham olunan rusiyalı hərbçi Valeri Permyakovun işinə Rusiyanın Gümrüdəki qarnizon hərbi məhkəməsində baxılacaq.

Bu barədə AzVision.az `RİA Novosti`yə istinadən xəbər verir.

Məhkəmənin keçiriləcəyi tarix hələ ki açıqlanmır.

Qeyd edək ki, Permyakov yanvarın 12-də Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvünü güllələyib. Hadisə yerində ailənin 6 üzvü həlak olub. Bir nəfər altı aylıq uşaq isə ağır yaralı halda xəstəxanaya aparılıb. 19 yanvarda o da dünyasını dəyişib.