Qətər əmiri ilk dəfə Özbəkistana səfər edəcək » Memur.az

Qətər əmiri ilk dəfə Özbəkistana səfər edəcək

Qətər əmiri ilk dəfə Özbəkistana səfər edəcəkQətər əmiri Təmim bin Həməd Al Tani bazar ertəsi Özbəkistana rəsmi səfərə gedəcək.

O, səfər zamanı respublika rəhbəri Şavkat Mirziyoyev ilə siyasi əlaqələrin inkişafı və investisiya layihələrinin həyata keçirilməsi məsələlərini müzakirə edəcək.

Bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Qarşıdan gələn danışıqlar zamanı ən yüksək səviyyədə Özbəkistan-Qətər çoxşaxəli münasibətlərinin daha da inkişaf etdirilməsi məsələlərinə baxılacaq. Söhbət ilk növbədə fəal siyasi təmasların və mədəni-humanitar mübadilənin davam etdirilməsi, energetika, qaz-kimya sənayesi, kənd təsərrüfatı, infrastruktur sahələrində iri investisiya layihələrinin həyata keçirilməsindən gedir”, - məlumatda deyilir.

Dövlət başçıları həmçinin beynəlxalq siyasətin aktual məsələlərini və regional gündəliyi müzakirə edəcəklər.
Danışıqların yekunu olaraq hökumətlərarası və idarələrarası sənədlərin imzalanması gözlənilir.

Mətbuat xidməti qeyd edib ki, Qətər əmirinin Özbəkistana səfəri iki dövlət arasında diplomatik münasibətlərin 25 ildən artıq davam edən tarixində ilk olacaq.

Mənbə: TASS