Serbiya və Kosovo arasında razılıq əldə olundu » Memur.az

Serbiya və Kosovo arasında razılıq əldə olundu

Serbiya və Kosovo arasında razılıq əldə olunduSerbiya və tanınmamış Kosovo Respublikasının nümayəndələri sərhəddə hərəkətlə bağlı razılığa gələ biliblər.

Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell deyib.

Avropa diplomatiyasının rəhbəri qeyd edib ki, Brüsselin yardımı ilə keçirilən dialoq çərçivəsində tərəflər giriş sənədlərini razılaşdıra biliblər.

“Serbiya Kosovo şəxsiyyət vəsiqəsi sahibləri üçün giriş və çıxış sənədlərini ləğv etməyə, Kosovo isə Serb şəxsiyyət vəsiqəsi sahibləri üçün yeni tələbləri tətbiq etməməyə razılaşıb”, - deyə Borrell bildirib.

Mənbə: TASS