Roma Papası Ukrayna üçün dua etdi » Memur.az

Roma Papası Ukrayna üçün dua etdi

Roma Papası Ukrayna üçün dua etdiRoma Papası bütün inanclı insanları Ukraynada sülh üçün dua etməyə çağırıb.

Papa Fransisk fevralın 13-ü bazar günü Vatikanın Müqəddəs Pyotr meydanında onu ziyarət etməyə gələnlərlə görüşü zamanı Ukrayna üçün dua edib.

O, Ukraynadan narahatedici xəbərlərin gəldiyini söyləyib.

“Əziz qardaşlar və bacılar, Ukraynadan gələn xəbərlər məni çox narahat edir. Mən sülh üçün bütün səyləri Müqəddəs Məryəmin himayəsinə və siyasi liderlərin vicdanına tapşırıram. Gəlin sükutla dua edək”, - deyə Papa bildirib.

Mənbə: tsn.ua