Bakı metrosunda yeni qatarlar xəttə buraxıldı » Memur.az

Bakı metrosunda yeni qatarlar xəttə buraxıldı

Bakı metrosunda yeni qatarlar xəttə buraxıldıBu gün Bakı metropolitenində hər biri beş vaqondan ibarət olan müasir tipli daha dörd yeni qatar tərkibi xəttə buraxılıb.

Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, bu gün Rusiyanın “Metrovaqonmaş” müəssisəsinin istehsalı olan dörd yeni qatar xəttə buraxılıb:

“Sərnişin axını nəzərə alınaraq, yeni qatarlar “Həzi Aslanov” - “Dərnəgül” xətti üzrə istifadəyə verilib. İstismar müddətini başa vuran qatarlar yeniləri ilə əvəzlənib. Belə ki, yeni qatarların əvəzlədiyi köhnə qatarlar istismar müddəti bitən gün xətdən çıxarılır”.