Tarix : 11-05-2021, 14:51 | Bölmə: cemiyyet

Ramazan bayramında nə qədər fitrə zəkatı vermək tövsiyə olunur?“Bu il Ramazan bayramı 13 may tarixinə təsadüf edəcək. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü - bayram axşamı şam namazından sonradır”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.

“Qazılar Şurasının fətvasına görə adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir”, - A.Paşazadə vurğulayıb.

Oxşar xəbərlər