Bəzi rayonlarda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ » Memur.az

Bəzi rayonlarda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Bəzi rayonlarda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQBu gün gündüz əsasən dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimalı var.