Bakıda bir marşrutun hərəkət sxemi dəyişdirildi » Memur.az

Bakıda bir marşrutun hərəkət sxemi dəyişdirildi

Bakıda bir marşrutun hərəkət sxemi dəyişdirildiSəbail rayonu, Badamdar qəsəbəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldığından 31 nömrəli marşrutun hərəkət sxemi üzrə son dayanacaq məntəqəsi müvəqqəti olaraq dəyişdirilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, təmir işləri yekunlaşdırıldıqdan sonra marşrutun əvvəlki sxem üzrə hərəkəti təmin ediləcək.