Sabahın hava proqnozu açıqlanıb » Memur.az

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıbAvqustun 23-nə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında yağmursuz hava olacaq. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24 dərəcə isti, gündüz 33-36 dərəcə isti olacaq. Bakıda gecə 21-23 dərəcə isti, gündüz 33-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55%, gündüz 30-35% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24 dərəcə isti, gündüz 33-38 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə isti, gündüz 22-27 dərəcə isti olacaq.