Metroda daha bir HADİSƏ: Qatarda nasazlıq yarandı, sərnişinlər DÜŞÜRÜLDÜ
Tarix : 18-05-2022, 23:46 | Bölmə: cemiyyet

Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, köməkçi qatar təyin edilib və metropolitenin texniki-normativ tələblərinə uyğun olaraq, hər iki qatardan sərnişinlər düşürülüb.
Qatar hazırda xətdən çıxarılır.
Nəticə etibarı ilə xətlərdə intervaldan əlavə 8 dəqiqəlik yubanma var.
Qeyd edək ki, bu gün "Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatarda da nasazlıq olub. Qatar "Gənclik" stansiyasında ikən sərnişin salonunda tüstü effektli spesifik qoxu hiss edilib və sərnişinlər düşürülüb.
Oxşar xəbərlər