Sabirabadda iki yaşlı körpə yanıq xəsarəti aldı » Memur.az

Sabirabadda iki yaşlı körpə yanıq xəsarəti aldı

Sabirabadda iki yaşlı körpə yanıq xəsarəti aldıSabirabadda bədbəxt hadisə baş verib.

“Report”un məlumatına görə, hadisə Azadakənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2019-cu il təvəllüdlü T.Əliyev valideynlərinin nəzarətindən yayınaraq qaynar su ilə dolu çaydanı üstünə aşırıb.

Müxtəlif dərəcəli yanıq xəsarətləri alan körpə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona ilk tibbi yardım göstərildikdən sonra azyaşlı paytaxt Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.