Qəbələdə 72 yaşlı qocanı avtomobil vurdu » Memur.az

Qəbələdə 72 yaşlı qocanı avtomobil vurdu

Qəbələdə 72 yaşlı qocanı avtomobil vurduQəbələ rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Avtomobil yolu keçən 1949-cu il təvəllüdlü Qəribov Qədir Cəlal oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol sirkə kasasının sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.