Gəncədə məktəb binasında yanğın olub » Memur.az

Gəncədə məktəb binasında yanğın olub

Gəncədə məktəb binasında yanğın olubGəncədə məktəb binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, şəhərin Nizami rayonunda üçmərtəbəli orta məktəb binasının birinci mərtəbəsində 2 ədəd xalça və 3 ədəd stol yanıb.

Məktəb binası yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.