“İlin icra başçısı” seçildi-SORĞU » Memur.az

“İlin icra başçısı” seçildi-SORĞU

“İlin icra başçısı” seçildi-SORĞU















“İslahatçı Gənclər” İctimai Birliyi Editor.az İnformasiya Portalının informasiya dəstəyi ilə 2017-ci ilin yekunları ilə əlaqədar respondentlər arasında keçirilmiş sorğunun nəticələrini açıqlayıb. Sorğunun qalibləri arasında millət vəkilləri, səfirlər, dövlət qurumlarının rəsmiləri, diaspor təmsilçiləri iş adamları var.
Respondentlər arasında keçirilmiş sorğunun nəticələrinə görə, Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev rayonun sosial-iqtisadi inkişafındakı mühüm xidmətlərinə görə, “İlin icra başçısı” adına layiq görülüb. Vətəndaşlar icra başçısı kimi 7 illik uğurlu fəaliyyətinə görə, Əhəd Abıyevi dəstəkləyiblər.
Qeyd edək ki, Ə.Abıyev üç çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.