İmişlidə bir sıra sahələrdə artım qeydə alınıb » Memur.az

İmişlidə bir sıra sahələrdə artım qeydə alınıb

İmişlidə bir sıra sahələrdə artım qeydə alınıbBu il İmişli rayonunda ötən illə müqayisədə nəqliyyat, rabitə və informasiya, həmçinin pərakəndə dövriyyədə artım olub.

"Report"un Muğan bürosunun məlumatına görə, 2024-cü ilin yanvar-iyun aylarında nəqliyyat xidmətinin həcmi 4 768,7 min manat olub. Bu da ötən illə müqayisədə 346,7 min manat çoxdur.

Həmçinin cari ildə informasiya və rabitə xidmətləri üzrə işin həcmi 799,1 min manat olub. 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 214,1 min manat artım qeydə alınıb.

Eyni zamanda 2024-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 176 170,9 min manat olub.

Bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 703 min manat çoxdur.