Məcnun Məmmədovun Goranboyda vətəndaş qəbulunun vaxtı dəyişdirilib » Memur.az

Məcnun Məmmədovun Goranboyda vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Məcnun Məmmədovun Goranboyda vətəndaş qəbulunun vaxtı dəyişdirilibKənd təsərrüfatı naziri Məcnun Məmmədovun avqustun 23-də Goranboy rayonunda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

"Report" nazirliyə istinadən xəbər verir ki, qəbulun keçiriləcəyi tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Vətəndaşlar əlavə məlumat almaq üçün qurumun Çağrı Mərkəzi (1652) ilə əlaqə saxlaya bilərlər.