Şimşək çaxıb, dağlıq ərazilərdə qar yağıb - FAKTİKİ HAVA » Memur.az

Şimşək çaxıb, dağlıq ərazilərdə qar yağıb - FAKTİKİ HAVA

Şimşək çaxıb, dağlıq ərazilərdə qar yağıb - FAKTİKİ HAVAEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin mayın 16-na olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, dağlıq ərazilərdə qar yağıb.

Bu barədə xidmətdən xəbər verilib.

Şahdağda 2 sm, Qrızda 1 sm, Lerik, Daşkəsən və Gədəbəy rayonlarının dağlıq ərazilərində qar yağıb.

Düşən yağıntının miqdarı Lənkəranda 35 mm (aylıq normanın 77%-i), Astarada 35 mm (aylıq normanın 69%-i), Lerikdə 21 mm, Yardımlıda 17 mm (aylıq normanın 28%-i), Kürdəmirdə 15 mm (aylıq normanın 39%-i), Qəbələ, Oğuzda 13 mm, Goranboyda 12 mm, Göyçayda 10 mm, Bərdə, Ağdamda 9 mm, Zərdab, Göygöldə 8 mm, Şəki, Qrız, Biləsuvarda 7 mm, Şahdağ, Mingəçevir, Neftçala, İsmayıllıda 6 mm, Gəncə, Yevlax, Gədəbəydə 5 mm, Naftalan, Ordubad, Şamaxı, Sabirabad, Altıağacda 4 mm, Xaltan, Beyləqan, İmişli, Cəfərxan, Daşkəsəndə 3 mm, Tərtər, Şahbuzda 2 mm, Naxçıvan, Ağstafa, Balakən, Zaqatala, Qobustan, Quba, Qusar, Şabranda 1 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.
Mayın 15-də şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında arabir 23 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3,3 metrə çatıb.

Ordubad, Naftalan, Gəncə, Şəmkir, Qax, Şamaxı, Şəki, Qrız, Göyçay, Biləsuvar, Lerikdə müşahidə olunub, dumanda görünüş 50-200 metrədək məhdudlaşıb.

Mayın 15-də iqlim normasından 3 dərəcə aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 12-14 dərəcə isti, Naxçıvanda 5-10 dərəcə isti, dağlıq rayonlarda 3-6 dərəcə isti, yüksək dağlıq rayonlarda 4 dərəcəyədək şaxta, aran rayonlarında 12 dərəcəyədək isti olub.