ANAMA azad olunmuş ərazilərdə daha 218 mina aşkar edib
bolge
2-02-2023, 11:55
327

ANAMA-dan Oxu.Az-a bildiriblər ki, yanvarın 1-dən 31-dək Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 61, tank əleyhinə 157 mina və 523 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Ay ərzində 1504,56 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.