Rusiya və Çin peyk naviqasiyası üçün yol xəritəsi imzalayıb » Memur.az

Rusiya və Çin peyk naviqasiyası üçün yol xəritəsi imzalayıb

Rusiya və Çin peyk naviqasiyası üçün yol xəritəsi imzalayıbRusiyanın “Roskosmos” dövlət korporasiyası və Çin Peyk Naviqasiya Sistemi Komissiyası 2021-2025-ci illər üçün peyk naviqasiyası sahəsində əməkdaşlıq üçün yol xəritəsini təsdiqləyib.

Bu barədə “Roskosmos”dan məlumat verilib.

“Sənədi “Roskosmos” dövlət korporasiyasının baş direktoru Dmitri Roqozin və komissiyanın rəhbəri He Yubin imzalayıblar” , - deyə məlumatda qeyd edilir.

Bildirilir ki, yol xəritəsində QLONASS və “Beidou” sistemlərinin kompleks və innovativ inkişafı, onların uyğunluğunun və bir-birini tamamlayıcılığının artırılması, Çin və Rusiyada yerüstü ölçmə stansiyalarının qarşılıqlı yerləşdirilməsi planları var.

Sənədə qlobal naviqasiya peyk sistemlərinin xüsusiyyətlərinin monitorinqi və qiymətləndirilməsi, habelə Rusiya və Çinin sosial-iqtisadi inkişafı maraqları naminə naviqasiya texnologiyalarından birgə istifadə planları daxildir.

“Roskosmos”dan vurğulanıb ki, imzalanmış sənəd peyk naviqasiyası üzrə Rusiya-Çin əməkdaşlığının inkişafı, eləcə də QLONASS texnologiyasının beynəlxalq bazarda irəliləməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Mənbə: TASS