“Apple” şüşə qulaqcıqlar istehsal edəcək » Memur.az

“Apple” şüşə qulaqcıqlar istehsal edəcək

“Apple” şüşə qulaqcıqlar istehsal edəcək“Apple” şirkəti yeni “AirPods” qulaqcıqlarının istehsalında şüşədən istifadə edəcək.

“Korresponsent” nəşrinin verdiyi xəbərə görə, bu barədə məlumat ABŞ-ın Ticarət Nişanları və Patent Komitəsinin bazasında qeydə alınıb. Məlumata əsasən, “Apple” qulağın içinə taxılan hissəsi tamamilə şüşədən olan yeni qulaqcığı patentləşdirib.

Mütəxəssislər bildirir ki, şüşə metal və plastiklə müqayisədə cızıqlara qarşı həssas deyil. Bununla yanaşı, şüşə estetik cəhətdən daha cəlbedicidir.

Qeyd edək ki, “Apple” qulaqcıqların istehsalında şüşədən istifadə edən ilk şirkət deyil. Bundan əvvəl “Sennheiser” şirkəti HD820 qulaqcıqlarının istehsalında analoji materialı tətbiq edib.