• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

MN-də 143 milyonluq mənimsəmə: “Pulların vaxtında ödənilməsi üçün “otkat” verirdik”

Sosial

22-04-2024, 15:35

MN-də 143 milyonluq mənimsəmə: “Pulların vaxtında ödənilməsi üçün “otkat” verirdik”Müdafiə Nazirliyinin (MN) mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunları maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin (HDQ) maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Report”un xəbərinə görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid Ülvi Ziyadzadə bildirib ki, təftiş dövründə Müdafiə Nazirliyinin hərbi hissələrindən birində maliyyə xidmət rəisi işləyib. İşlədiyi hərbi hissədə yoxlama zamanı 100 814 manat mənimsəmə olub. Onun sözlərinə görə, pulları icazəsiz 5-6 nəfərin adına olan bank kartlarına köçürsə də, həmin şəxslərin o pullardan xəbərləri olmayıb:

“İşlədiyim müddətdə 3 dəfə təftiş olmuşdu. Yoxlamaya Azər Məmmədov, Rüfət Quliyev və Nurlan gəlmişdilər. Təftiş zamanı aşkarlanan çatışmayan məbləğin 60-70 faizini onlara verirdik. Mənə cəmi 18 314 manat pul qalıb. Onu da büdcəyə qaytaracağam”.

Təftiş vaxtı MN-in Hərbi Kənd Təsərrüfatı Müəssisəsinin rəisi işləmiş Əliyar Səfərəliyev deyib ki, bu vəzifəyə onu 2013-cü ildə MN-in Maddi Texniki Təminat (MTT) Baş İdarəsindən təyin ediblər:

“Əkdiyim məhsullar əldə qalıb yanırdı, ona görə də pul verirdim. Nazirlik ilə Maştağada Kənd Təsərrüfatı Müəssisəsinin rəisi işləyən Zahid danışır, pul məsələlərini o həll edirdi. Müdafiə Nazirliyinə satdığımız məhsuldan aldığımız pulun 3 faizini idarəyə, Akif Umudova qaytarırdıq. Məhsulu təhvil verəndən 15-20 gün sonra pulunu alırdıq. Bəzən gecikdirirdilər, biz də pulun vaxtında ödənilməsi üçün məbləğin 3 faizini Akif Umudova verirdik”.

Şahid Ə.Səfərəliyev istintaqda ifadəsində isə bildirib ki, hər dəfə məhsulun satışından aldığı pulun 3 faizinin Nizami Məmmədova çatdırılması üçün Akif Umudova verib. Ümumilikdə MTT-yə 108 min manat pul qaytarıb.

Müttəhim Nizami Məmmədov etiraz edərək bildirib ki, satınalma ilə bağlı istintaqda üzləşmə olmayıb, bu məsələni ittiham aktını oxuyanda bilib.

“Satınalma ilə bağlı Mahir Şirvanov, Məlikməmməd Qurbanov və Akif Umudovla görüşmüşəm. Kənd Təsərrüfatı Müəssisələri MTT-nin tabeliyində olub. Müdafiə Nazirliyinin Maliyyə İdarəsi heç bir təşkilatla müqavilə bağlamayıb. Bunların satınalma ilə bağlı ifadələri şablondur. Bunların dediyi 3 faizin bizə aidiyyəti yoxdur”, - N.Məmmədov bildirib.
Şahid Rəşad Əhmədovun sözlərinə görə, direktor müavini olduğu mətbəx avadanlıqlarının təmiri ilə məşğul olan şirkət Müdafiə Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsi ilə müqavilə bağlayıb və hərbi hissələrin mətbəxində təmir işləri həyata keçirib.

“Mətbəx avadanlıqlarının təmiri çətin iş olduğu üçün onu hər şirkət üzərinə götürmürdü. Müqavilə əsasında hərbi hissələrin mətbəxlərində xarab olmuş avadanlıqları təmir edirdik. Pulun gecikdirilməməsi üçün hər dəfə Akif Umudova 3 faiz “otkat” verirdik”, - R.Əhmədov deyib.

İclasda şahid qismində ifadə verən “Bakıxanov Trikotaj” ASC-nin direktoru İxtiyar Rəsulov deyib ki, işlədiyi müəssisə Müdafiə Nazirliyinin sifarişi ilə geyim istehsal edib. Bu məsələ ilə bağlı nazirliyin MTT idarəsi ilə müəssisənin əvvəlki mühasibi əlaqədə olub. Həmin şəxs vəfat edib.

“Pulumuzu gecikdirimişdilər, ala bilmirdik. Mən məcbur olub nazirliyin əməkdaşı Akif Umudovla əlaqə saxladım. İşçilərin maaşını verə bilmədiyimizi deyərək təhvil verilən sifarişlərin pulunun ödənilməsini istədim. Nazirlik ilə 2015-2022-ci illərdə 6 milyon 822 min manatlıq müqaviləmiz olub”, - şahid deyib.

İ.Rəsulov istintaqa verdiyi ifadəsində yerinə yetirdikləri sifarişlərin pulunun vaxtında çatdırılması üçün Akif Umudova 26 min manat “otkat” verdiyini bildirib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə dövlətə dəymiş ziyan ümumilikdə 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı artıq ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Paylaş:
Digər xəbərlər

Hadisə

27-01-2024, 10:56

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: “Qanunsuz hərəkətləri etməyim ...

Sosial

13-11-2023, 09:36

Sabiq maliyyə rəisi yenidən apellyasiya şikayəti verdi

Sosial

2-10-2023, 10:14

Sabiq maliyyə rəisi apellyasiya şikayəti verdi

Hadisə
Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir
Bakıda evdə yanğın olub, mənzil sahibinin meyiti aşkarlanıb
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
Cəmiyyət
6-05-2026, 11:00
Bu gündən uşaqların I sinfə qəbulu başlayır
1-05-2026, 16:27
"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq
19-04-2026, 14:40
Sabah Bakıya yağış, bəzi rayonlara qar yağacaq, dolu düşəcək
18-04-2026, 09:45
Bu gündən Kürdəmir dəmiryol stansiyası istifadəyə verilib
16-04-2026, 09:09
Bu gün Maştağa və Ramanada işıq kəsiləcək
15-04-2026, 09:33
Xəzər dənizində zəlzələ olub
Son xəbərlər
  • Dünən, 10:35
    Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
  • Dünən, 10:33
    Ombudsman: Ulu Öndər Heydər Əliyevin hüquq siyasətində insan amili daim mərkəzdə dayanıb
  • Dünən, 09:21
    İlham Əliyev: Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı
  • Dünən, 09:16
    Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır
  • Dünən, 09:13
    Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
  • 9-05-2026, 11:45
    Yol polisi qeyri-iş günləri ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
  • 9-05-2026, 11:44
    Kiyevdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib
  • 9-05-2026, 11:42
    Hərbi Prokurorluq Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan tədbir keçirib
  • 9-05-2026, 11:40
    Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib
  • 9-05-2026, 11:37
    Bu gün faşizm üzərində qələbənin ildönümüdür
  • 8-05-2026, 10:53
    Azərbaycan və Çili arasında siyasi məsləhətləşmələr aparılıb
  • 8-05-2026, 10:51
    Kamran Əliyev: Dünyada və regionda baş verən proseslər narahatlıq doğurur
  • 8-05-2026, 10:50
    Şahin Bağırov: "Gömrük orqanlarında müasir texnoloji nailiyyətlərdən istifadə istiqamətində addımlar atılır"
  • 8-05-2026, 10:49
    Şəhid ailələri Türkiyənin Çanaqqala şəhərini ziyarət edib
  • 8-05-2026, 10:47
    Azərbaycan ilə Malayziya arasında daha dərin əməkdaşlıq imkanları araşdırılır
  • 8-05-2026, 10:46
    Azərbaycan-Tacikistan münasibətlərinin cari vəziyyəti müzakirə olunub
  • 8-05-2026, 10:45
    "Xatəm əl-Ənbiya": ABŞ bilməlidir ki, İran istənilən hücuma sarsıdıcı cavab verəcək
  • 7-05-2026, 16:04
    Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirib
  • 7-05-2026, 16:02
    Azərbaycan və Monqolostan Baş prokurorluqları arasında anlaşma memorandumu imzalanıb
  • 7-05-2026, 11:13
    Yusif Abdullayev: "Azərbaycan IsDB Qrupunun bir sıra təşəbbüslərinə cəlb olunub"
  • 7-05-2026, 11:13
    Balakən kanat yolunun inşasına başlanılıb
  • 7-05-2026, 11:12
    ICIEC: Azərbaycanda investisiya və tərəfdaşlıq üçün perspektivli mühit var
  • 7-05-2026, 11:11
    Azərbaycan və Almaniya nəqliyyat sahəsində əməkdaşlığı genişləndirir
  • 7-05-2026, 11:11
    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana alüminium və taxıl göndərilib
  • 7-05-2026, 11:10
    Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
  • 7-05-2026, 11:09
    İran Hörmüz boğazındakı gəmilərin kapitanlarına müraciət edib
  • 7-05-2026, 11:09
    İran Yaxın Şərqdə ABŞ-nin təxminən 230 hərbi obyektinə və texnikasına zərbə endirib
  • 6-05-2026, 11:28
    Azərbaycan Moldovanın üzümçülük və şərabçılıq sahəsində təcrübəsində maraqlıdır
  • 6-05-2026, 11:09
    Muxtar Babayev: "Müxtəlif regionlardakı münaqişələr ətraf mühitə əlavə təzyiq yaradır"
  • 6-05-2026, 11:08
    Van İ Pekində Abbas Əraqçi ilə regiondakı vəziyyəti müzakirə edib
  • 6-05-2026, 11:07
    Azərbaycan BMT-də miqrasiya üzrə İsveçlə birgə bəyanat təqdim edəcək
  • 6-05-2026, 11:07
    ABŞ Peşəvərdəki Baş konsulluğunu tədricən bağlayacaq
  • 6-05-2026, 11:02
    Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və taxıl göndəriləcək
  • 6-05-2026, 11:01
    Azər Bayramov: "Kənd təsərrüfatında əsas prioritet emal prosesidir"
  • 6-05-2026, 11:00
    Bu gündən uşaqların I sinfə qəbulu başlayır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...