Türkiyədə sosial şəbəkə yasağı » Memur.az

Türkiyədə sosial şəbəkə yasağı

Türkiyədə sosial şəbəkə yasağıTürkiyə istifadəçiləri İstanbulda ötən gün törədilən partlayışdan sonra "Facebook," "Twittr" və "YouTube" sosial şəbəkələrinə girişin tam və ya qismən məhdudlaşdırıldığı barədə məlumat yayıblar.
Memur.Az APA-ya istinadən bildirir ki, adları çəkilən sosial şəbəkələrin bloklanması barədə rəsmi məlumat olmasa da, onlara girişdə müəyyən problemlərin olması barədə məlumat yayılıb.

Qeyd edək ki, bundan əvvəl Türkiyənin Teleradio Yayımları Ali Şurası İstanbuldakı terror aktını işıqlandırılmasına qadağa qoyub. Qadağa canlı yayımda hadisə yerini, partlayışın baş verən anı, hadisə qurbanlarını göstərilməsinə qadağa qoyub.