Dünyanın ən ağıllı robotu yaradıldı » Memur.az

Dünyanın ən ağıllı robotu yaradıldı

Dünyanın ən ağıllı robotu yaradıldı

Google korporasiyasının tərkibindəki Boston Dinamics şirkəti Atlas antropomorf robotunun yeni versiyasını hazırlayıb.
Memur.az Gizmodo-ya istinadən bildirir ki, yenilənmiş Atlas qapalı məkanlarla yanaşı, çöldə, dərə-təpəli yerdə asanlıqla hərəkət edir, yıxılanda isə özü ayağa durur. 175 sm hündürlüyündəki robotun çəkisi 82 kiloqramdır. "Süni intellekt"i olan robot hidravlik sistem vasitəsilə hərəkət edir.
Atlas qapıları açır, qarlı yerlərdə yeriyir, 4,5 kq ağırlığındakı qutuları qaldırır, ən mürəkkəb situasiyalarda müvazinətini saxlayır, hədəfi izləyir.
Ekspertlərin fikrincə, bu robotun unikal xüsusiyyəti onun yıxılandan sonra dura bilməsidir.